Sakinlər sosial sifarişlər verdilər
Mingəçevir Bələdiyyəsinin “Yerli Demokratiya Həftəsi”ndə sakinlərlə növbəti səyyari görüşü “Şimşək” məhəllə komitəsinin ərazisində – N.Nərimanov prospektindəki 42 saylı və Şah İsmayıl Xətai küçəsindəki 11 saylı binaların yaşayışçıları ilə baş tutub. Bələdiyyənin komissiya sədri Zahid Qasımlı sakinlərə “həftə”nin mahiyyəti, tarixi və məqsədi barədə məlumat verib. Bildirib ki, əhalinin fəallığı, yerli özünüidarədə iştirakı, qarşılıqlı münasibətlərin yaranması bələdiyyənin fəaliyyətinə müsbət təsir göstərir. O vurğulayıb ki, yerli əhəmiyyətli məsələlərlə bağlı sosial sifarişlər seçicilər tərəfindən irəli sürülməlidir. Bələdiyyənin “Təsərrüfat və xidmət” şöbəsinin müdiri Namiq Dərişov məhəllələrdəki obyektlərin təmiri və tikintisi sahəsində son 9 ayda bələdiyyənin gördüyü işlərdən danışıb.
Sakinlər ərazinin abadlaşdırılması, yolların təmiri, məişət tullantılarının daşınması, məhəllələrdəki ağacların suvarılması üçün su qurğularının bərpası, xeyir-şər mağarının təmiri, məhəlləyə oturacaqların qoyulması kimi sosial sifarişlərlə bələdiyyə nümayəndələrinə müraciət ediblər. Sifarişlərin bələdiyyə iclaslarında müzakirə olunacağı bildirilib.
Şərhlər bağlıdır.