Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sultan Ramazan

Sən gəldin haqq gəlir elə-obaya

 

Ayların sultanı həm də tacısan.

Müqəddəs aylara yaxın bacısan.

Haqqa şirin,imansıza acısan,

Sən ey insanlığın özü Ramazan.

 

Min illərdən,tarixlərdən gəlmisən,

Neçə insanlara sevinc vermisən,

Bu dünyada haqsızlıqlar görmüsən,

Müsəlmanın nizamısan Ramazan.

 

Sənin gəlişinnən ellər sevinir,

Hər evdə halallıq yeri bilinir,

Hər kəsdə Allaha inam görünür,

Qəlblərə inamı verən Ramazan.

 

Sən gəldin haqq gəlir elə-obaya,

Göz tikmir heç bir kəs yanan sobaya.

Kafirlər çalışır gəlsin tövbəyə,

Tövbəyə çağıran sənsən Ramazan.

 

Küsənləri barışdıran da sənsən,

Sobaları alışdıran da sənsən,

Qazanları qarışdıran da sənsən,

Ruzi bərəkətsən elə Ramazan.

 

Mənim adim Vahid,Bəkirin oğlu,

Tək Allahdan olub gözümdə qorxu,

Ömür gəldi keçdi sanki,bir yuxu,

Həyatın mənası sənsən Ramazan,

Həyatın mənası sənsən Ramazan.

Şərhlər bağlıdır.