Mingəçevirin bayram sevinci
Tədbirin aparıcıları qarşıdan gələn cəldlik, çeviklik simvolu olan meymun ilinin bütün Azərbaycan xalqı üçün uğurlu illərdən olmasını arzulayıblar. Müğənni Oqtay Vəliyev, Zülfiyyə Hacıyeva, gənc istedadlar “ Mingəçevir “ qrupu, Uşaq Yaradıcılıq Mərkəzinin “Musiqi sevənlər “ dərnəyinin rəhbəri Elşad Ehtiram oğlu və Xəqani Abdullayevin ifasında şən mahnılar səsləndirilib. Şaxta baba və qar qızın şənlikdə iştirakı şənliyə rəngarənglik qatıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bütün şəhər sakinlərini 2 bayramın, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edib. Daha sonra başçı şəhərin uğurlarından danışıb. O, bildirib ki, 2015-ci il mingəçevirlilər üçün ən uğurlu illərdən biri olub: “Şəhərimizdə abadlıq, quruculuq işləri aparılıb. I Avropa Oyunlarının bir hissəsi Mingəçevirdə keçirilib. Şəhərimizə çoxlu xarici qonaqlar gəlib. Heydər Əliyev, Fizuli parkları bərpa edilib. Xəstəxana, məktəb və bağçalar əsaslı təmir olunub. Bütün bunlar 2015-ci ildə əldə etdiyimiz uğurlardandır”.
Şənlikdə Uşaq Yaradıcılıq Mərkəzinin “Sevinc” rəqs qrupu gözəl ifaları mingəçevirlilərin xoşuna gəlib.
Şərhlər bağlıdır.