BələdiyyəCəmiyyət

Son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır

Yerli sakinlər yeni yaradılan qəbirstanlığın şəhərdən uzaq olamasını əsas gətirərək, burada dünyasını dəyişən yaxınlarını dəfn etmək istəmirlər

Qəbirlər fərqli, tutduqları ərazi isə isə geniş. Bir sözlə son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır. Söhbət Mingəçevirdən gedir. Bu şəhərdə 3 əsas qəbristanlıqda mövcud  olan yer sıxlığı son illər ərzində daha qabarıq şəkildə özünü göstərir. Vəziyyət o həddə çatıb ki, Bozdağın yamaclarını yonub orada dəfn üçün yer açılır. İnsanlar dünyasını dəyişənlərini dəfn etmək üçün Mingəçevir kənd və sağ sahil (Əli kişinin adı ilə adlanan) qəbristanlıqlarına  üstünlük verirlər. Bu məzarlıqlarda isə yer tapmaq çətinləşib. Hətta sakinlər deyirlər ki, vaxtilə atalarını basdırdıqları qəbirstanlıqda sonradan vəfat edən analarını dəfn etməyə yer tapa bilmirlər.

Qəbirstanlıqlarda sıxlığın yaranmasına səbəblər müxtəlifdir. Bəzən məzarlıqlar vaxtından əvvəl zəbt edilir və ya qəbirlərin ölçüsünə görə darısqalıq yaranır. Elə bu səbəbdən insanlar dünyasını dəyişən yaxınlarını ayrı-ayrı yerlərdə dəfn etməyə məcbur qaldıqlarından ziyarət zamanı bir neçə qəbirstanlığa baş çəkməli olurlar.

Bəs mövcud vəziyyətə çarə tapılacaqmı? Mingəçevir Bələdiyyəsi  dəfn mərasim xidmətləri  sahəsinin rəisi Rəfael Məmmədov bildirir ki, çətinliyin aradan qaldırılması üçün addımlar atılır: “Şəhər ərazisində 10 hektar sahədə yeni qəbirstanlıq üçün yer ayrılıb. Hətta burada yenliklər də mövcudur. Lakin hələ də əksəriyyət ölüsünü şəhərin yaxın ərazilərdə dəfn etmək istəyir. Ona görə də sıxlıq müşahidə edilir”.

Yerli sakinlər yeni yaradılan qəbirstanlığın şəhərdən uzaq olamasını əsas gətirərək, burada dünyasını dəyişən yaxınlarını dəfn etmək istəmirlər. Halbuki burada dəfn prosesi digər məzarlıqlara nisbətən daha ucuz başa gəlir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close