Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir sakini aptekdə ölüb

Dərman alan Mingəçevir sakini aptekdə ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Cəmil Əliyev keçəndə yerləşən aptekdə baş verib.

Dərman almaq niyyətilə aptekə daxil olan 1958-ci il təvəllüdlü şəhər sakini İsmayılov Ramazan Tapdıq oğlu qəfil huşunu itirərək yerə yıxılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.