Hadisə
Sirkə turşusu içən Mingəçevir sakini xəstəxanada ölüb
Həkimlərin səyinə baxmayaraq, o, Bakıdakı klinikalardan birində keçinib.

Sirkə turşusu içərək intihara cəhd edən Mingəçevir sakini paytaxt klinikalarından birində ölüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1960-cı il təvəllüdlü Həsənova Gülhəyət Həsən qızının həyatını qurtarmaq mümkün olmayıb.
Həkimlərin səyinə baxmayaraq, o, Bakıdakı klinikalardan birində keçinib.
Faktla bağlı araşdırma aparılır.