Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sakinlər istilik problemini dilə gətirdilər

210

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabrın 6-da şəhərin Nizami küçəsindəki 12 saylı ünvanda baş tutub. Başçı bildirib ki, ayrı-ayrı məhəllələrdə görüşlər davam edir, bu gün də burada yaşayanları dinləmək arzusundadır, onlardan təkliflər gözləyir.

Görüş iştirakçıları görülən işləri təqdir ediblər. Bildiriblər ki, Nizami küçəsində səliqə-səhman yaradılıb, binaların dam örtükləri dəyişdirilib, ağaclar vaxtaşırı suvarılır. Onlar deyiblər ki, daha çox istilik problemi ilə üzləşiblər.

İlham İsmayılov diqqətə çatdırıb ki, istilik sisteminin bərpası ilə bağlı “Azəristilik Təhcizatı” ilə danışıqlar aparılır: “Bu iş üçün 27 milyon manat vəsait tələb olunur. Vəsait ayrılan işlər mərhələli şəkildə görüləcək”.

Şərhlər bağlıdır.