Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“VAZ 2107” və “VAZ 2109” markalı minik maşınları toqquşdu

Mingəçevirdə yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə dünın axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 2107” və “VAZ 2109” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “VAZ 2109”-un sürücüsü 1992-ci il təvəllüdlü şəhər sakini Nağıbəyli Cəlil Namiq oğlu və avtomobildə olan sərnişin – 1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Abdullayeva Ülviyyə Arif qızı  yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.