Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT nümayəndələri polis işçiləri ilə birgə həyətlərə gəldilər

210

Mingəçevirdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində maarifləndirmə işləri davam etdirilir. Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, ictimai monitorinq qərargahının rəhbəri Füzuli Əsədov  və şəhər polis şöbəsinin əməkdaşları həmin məqsədlə iyulun 6-da Energetiklər qəsəbəsində olublar. Onlar  COVID-19 pandemiyası ilə mübarizə, əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə danışıblarr. Həmçinin  fəaliyyətinə icazə verilmiş ictimai-iaşə, xidmət  və ticarət obyektlərində, marşurut dayanacaqlarında reydlər keçirilib, bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda sürücülərlə də söhbətlər aparılıb.

Reyd zamanı aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib.

Şərhlər bağlıdır.