Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclərə stresin idarə olunması barədə danışılacaq

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsas Həyat Bacarıqları” təlim kursunun X mərhələsinə start verilib. Bu mərhələnin ilk təlimində təlimçi Seymur Səfəralıyev gənclərə “Əsas Həyat Bacarıqları” təlim kursu ilə bağlı məlumat verib. Daha sonra “Stresin idarə olunması” mövzusu ilə tanış olan gənclər:⠀

  • stres yaradan səbəbləri araşdırıb və müzakirə edib;⠀
  • stresin aradan qaldırılmasında nəfəs alıb-vermə hərəkətlərini təcrübədən keçirib;⠀
  • diqqəti düzgün yönəltməklə stresi idarə edə biləcəklərini öyrəniblər.⠀

2 ay davam edəcək təlim kursu zamanı yeniyetmə və gənclər “Özünütanıma”, “Şəxslərarası bacarıqlar” və “Düşünmə bacarıqları” adlanan 3 bölməya daxil olan müxtəlif mövzular üzrə bilik və bacarıqlara yiyələnəcək, sonda sertifikatla təltif ediləcəklər.⠀

Şərhlər bağlıdır.