Bizimlə həyatınız həmişə işıqlı olacaq!

 Sağlam bədən, sağlam təhsil

Sağlam bədən, sağlam təhsil

V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbin müəllimi Namiq İbrahimli  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II qrant müsabiqəsinin qalibi kimi “Sağlam bədən, sağlam təhsil” layihəsinə strat verib.  Layihə çərçivəsində Mingəçevir şəhərində ilk dəfə olaraq X-XI siniflər arasında ini-basketbol yarışı təşkil olunub. Yarışda hər biri 4 nəfərdən ibarət olmaqla 6 komanda iştirak edib. Nəticədə 10 nömrəli tam orta məktəb kuboka layiq görülüb. 8 və 6 nömrəli tam orta məktəblər  ikinci və üçüncü yerləri bölüşdürüblər. İlk üç yeri qazanan iştirakçılara, eyni zamanda digər komandalara sertifikatlar təqdim olunub.

Dəyəri 4200 manat olan layihənin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, məktəblilərin idman dərslərinin əhəmiyyəti haqqında maarifləndirilməsi və məktəbdənkənar asudə vaxtın səmərəli təşkil olunmasıdır. Layihə boyunca futbol, basketbol, voleybol, şahmat və qaçış yarışlarının təşkil olunması da planlaşdırılıb. 8 gün davam edəcək. Yarışlarda 150 məktəblinin iştirakı gözlənilir.

 

Şərhlər bağlıdır.