Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Stadionda idman bayramı

216

Oktyabrın 26-da Yaşar Məmmədzadə adına Mingəçevir stadionunda idman bayramı keçirilib. Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Mingəçevirin 70 illiyinə həsr olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra İH başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov çıxış edib. O, qədim Mingəçevirin müasir şəhər statusu almasının 70 illiyinə həsr edilən idman bayramının iştirakçılarını salamlayıb. Bildirib ki, son illər şəhərdə “Kür” Olimpiya Mərkəzi, stadion, Gənclər Evi, Şahmat Məktəbi, müxtəlif qurğular gənclərin və idmançıların istifadəsinə verilib. Sosial obyektlərlə yanaşı yeni müəssisələr işə salanıb: “Ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də daima abadlıq-quruculuq işləri davam etdirilir, hər sahədə yeniliklər, müsbət dəyişikliklər hiss olunur. Bunlar ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidentinin şəhərimizə diqqətinin təcəssümüdür. Ümid edirəm ki, gənclər bu qayğıdan ruhlanaraq, şəhərimizin və ölkəmizin həyatında daha aktiv iştirak edəcəklər”.

Bundan sonra idmançıların nümunəvi çıxışlarına baxış keçirilib. Gənclər qaçış, futbol, karate, boks, güləş və digər idman növləri üzrə bacarıqlarını məharətlə nümayiş etdirərək, bayram tədbirinə toplaşanların rəğbətini qazanıblar.

İdman bayramının fotoqalereyası

Şərhlər bağlıdır.