MingəçevirMTK

Mingəçevirlilər  Azərbaycanın ilk Milli Turizm Sammitində iştirak edib

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun  təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutan  Milli  Turizm Sammintində turizm sənayesi üçün ixtisaslı kadr hazlığını həyata keçirən Mingəçevir Turizm Kollecinin nümayəndə heyəti də yer alıb. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun sözlərinə görə, Azərbaycanın yeni turizm brendinin təqdimatı, “Azərbaycan turizm strategiyası 2023” ilə yaxından tanışlıq maraqla qarşılanıb: “Biz sammitdə də dəfələrlə vurğulandığı kimi turizmin gələcək inkişafının turizm təhsilinin inkişaf səviyyəsindən asılı olduğunu yaxşı dərk edirik. Bu səbəbdən də şəffaflıq, obyektivlik və nəticəyön ümlü fəaliyyət əsas iş prinsipimizə çevriləcək.”

 

Tag
Daha çox

Oxşar yazılar

Close