Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Regional TV-də ailə dəyərləri ilə bağlı teledebat

207

Sentyabrın 4-də ARB Aran TV şirkətində Azərbaycanda ailə dəyərləri və milli-mənəvi adət, ənənələrimiz” mövzusunda teledebat keçirilib.Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İB icra etdiyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsi çərçivəsində baş tutub. Verilişə qatılan 2 ekspert və 21 iştirakçı mövzu ətrafında  müzakirələrdə fəal iştirak ediblər. Verilişin iştirakçılarına layihə əməkdaşları tərəfindən buklet və informasiya bülletenləri paylanıb.

Layihənin rəhbəri, sifarişçi İB-in sədri Əntiqə Muradova milli-mənəvi dəyərlərimizə uyğun ailə ənənələrimizin qorunub saxlanması və gənc nəslin məhz bu dəyərlər əsasında tərbiyə edilməsinin əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, son vaxtlar milli-mənəvi dəyərlərimizin yetərincə təbliğ edilməməsi ucbatından ailə münasibətlərində xoşagəlməz vəziyyət artmaqda davam edir. İnsan haqları müdafiəçisi, regionda tanınmış hüquqşünas İlqar Məhərrəmli ailə dəyərlərinin qorunmasında qanunvericilik bazasının təkmilləşdirilməsi, boşanma hallarının qarşısının alınması üçün inzibati tədbirlərin sərtləşdirilməsinin zəruriliyi barədə məlumat verib.

Şərhlər bağlıdır.