Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT Şurasının dəstəyi ilə Beyləqan rayonunda aztəminatlı ailələrə yardımlar göstəriləcək

188

“Beyləqan  Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Pandemiya ilə mübarizəyə ictimai dəstək və  sosial cəhətdən yardıma ehtiyacı olan vətəndaşlara yardım göstərilməsi” layihəsini həyata keçirir. Məqsəd Covid-19 pandemiyası ilə mübarizə üzrə ictimai monitorinq və maarifləndirmə işlərini həyata keçirmək, sosial cəhətdən ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımları çatdırmaq və  psixoloji xidmət işini aparmaqdır.

Layihə komandası tərəfindən ictimai monitorinq və maarifləndirmə işləri ilə bərabər hazırda Beyləqan rayonunda müvafiq dövlət və yerli idarəetmə orqanları ilə məsləhətləşmələr aparılır və icma üzvlərinin müraciətləri əsasında ehtiyacı olan ailələr  müəyyənləşdirilir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təlimatına uyğun olaraq, müvafiq ticarət mərkəzləri ilə danişıqlar aparılıb. Ehtiyacı olan ailələr ərzaq kuponları ilə təmin olunacaqdır.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qrant proqramı çərçivəsində icra olunur.

Şərhlər bağlıdır.