Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sosial sahibkarlıqla bağlı ictimai müzakirələr başlayıb

Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək, ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər.

Azərbaycanda bu sahə yeni olmasına baxmayaraq, artıq müəyyən addımlar atılmışdır. Education HUB bu sahəyə ictimaiyyətin diqqətini yönəlmək üçün silsilə müzakirələrə başlayıb. Müzakirələrdə sosial sahibkarlığın Azərbaycan qanunvericiliyində hüquqi bazası, sosial sahibkarlığın ölkəmizə gətirdiyi və gətirə biləcəyi faydalar, eləcə də qarşıya çıxan çətinliklər müzakirə olunub. Avqustun 11-də keçirlən müzakirənin moderatorları hüquqşünas Abil Bayramov və Education HUB-ın Proqram Meneceri Gulnara İsmailova olub.

Çıxış edən sosial sahibkarlar – Vüsalə Məhərrəmova, Sara Rəcəbli, Reyhan Məmmədova, Ülviyyə Babayeva maarifləndirmənin vacibliyini vurgulayaraq, sosial sahibkarların cəmiyyət üçün gətirdiyi dəyərlər haqda danışıblar. Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyətin proqramının təqaüdçüsü Arzu İsmayılova sosial sahibkarlıqda innovativ təşəbbüslərin önə çəkilməsinə xüsusi diqqət yetirib. Müzakirı iştirakçıları sosial sahibkarlığın qanunvericiliklə hüquqi statusunun tənzimlənməsi, vergi güzəştlərinin hazırlanması və sair məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Education HUB tərəfindən Sosial Sahibkarlar Assosiyasının yaradılması təşəbbüsü irəli sürülüb və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Şərhlər bağlıdır.