Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin tələbəsi BP Şirkətinin keçirdiyi müsabiqənin qalibi olub

345

BP Şirkəti tərəfindən Azəri-Çıraq-Günəşli layihəsinin 25 illiyi şərəfinə müsabiqə keçirilmişdir. Müsabiqəyə yüzlərlə insan qoşulmuşdur. Sentyabrin 20-dək davam edən müsabiqənin nəticələri açıqlanmışdır.

Bir çox müsabiqə iştirakçıları müxtəlif çalışmalara düzgün cavablar təqdim etmişdir. Lakin yalnız 2 nəfər 4 çalışmadan 3-nə düzgün cavab vermişdir. Beləliklə, düzgün cavablar və qaliblər:

Çalışma 1 | Şəkilaltı yazı: əsas meyar təklifin yazının və təsirli olması.

Çalışma 2 | Əməliyyatların əvvəlindən indiyədək hasil olunmuş neftin miqdarı: 432 milyon tondan artıq və ya 3,2 milyard bareldən artıq.

Çalışma 3 | İndiyədək qazılan ən Uzun Məsafəyə Mailli Qazma quyusunun ölçüsü: 6730 metr.

Çalışma 4 | Səyyar defektostop və dron tipli yeni texnoloji vasitələr.

Qaliblər: Nurlan Əzizli, Zamiq Zamiq və Nilufər Muxtarzadə.

Qeyd edək ki, qaliblər sırasında Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin İ17.2 saylı qrupun III kurs tələbəsi Əzizli Nurlan Nizami oğlu yer almışdır. Təbriklər!

Şərhlər bağlıdır.