Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Narın yağış altında baş tutan Novruz şənliyi

268

Martın 19-da narın-narın yağış çiləməsinə baxmayaraq, mingəçevirlilərin ümumşəhər şənliyi Səməd Vurğun adına meydanda baş tutub. Hər tərəfi al-əlvan plakat və pannolarla, yaşıl səməni, Novruzun digər rəmzləri ilə bəzədilmiş meydan bayramı hərəkətə gətirən iştirakçıların ixtiyarına verilib. İdmançılar, xüsusən də pəhləvanlar öz qabiliyyətlərini göstəriblər. Meydan boyu tonqal ətrafına cəmləşən müəllim və şagirdlər bayram münasibətilə hazırladıqları əl işlərini,  mədəniyyət işçiləri isə insanların zövqünü oxşayan mahnı və rəqslərini şəhər ictimaiyyətinə təqdim ediblər. Dədə Qorqudla Bahar qızın, Kosa və Keçəlin gəlişi Novruz şənliyinə əlavə rəng qatıb.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mingəçevirlilərə bayram təbrikini çatdırıb, Dədə Qorqudla birgə Novruz tonqalını yandırdıqdan sonra məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olub, tədbir iştirakçıları ilə görüşərək, xatirə şəkilləri çəkdirib.

Şərhlər bağlıdır.