MTK kollektivi Goranboyun səfalı guşəsində istirahət edib
Mingəçevir Turizm Kolleci Həmkarlar İttifaqı təşkilatının yaxından dəstəyi ilə kolllektiv üzvləri Goranboy rayonunun Ağcakənd qəsəbəsi yaxınlığında yerləşən “Gülüstan” istirahət məkanında dincəlib. Məktəbin turizm müıllimləri bölgənin tarixi özəllikləri, turizm potensialı və digər üstünlükləri barədə məlumat veriblər. Dağlar qoynunda keçən bir günlük istirahət daha sonra ləziz təamlarla bəzədilmiş süfrə arxasında davam etdirilib. Burada istirahət edənləri həzin mahnı və rəqslər ifa edən musiqiçilər müşaiyət edib. Hər kəs saatlar ərzində rəqs edib, arzu və istəklərini paylaşıb.
Şərhlər bağlıdır.