Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirlilər başçı ilə görüşdə mövcud problemlərini dilə gətirdilər

187

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü Statistika İdarəsinin binasında baş tutub. Başçı vurğulayb ki, bütün görülən işlər şəhərin baş planına uyğun həyata keçirilir və bu istiqamətdə abadlıq və yenidənqurma davam etdirilləcək: “Çalışacayıq ki, sakinlər  tərəfindən qaldırılan problemlər mərhələ-mərhələ həllini tapsın”.

Görülən işləri yüksək dəyərləndirən mingəçevirlilər mövcud problemləri də dilə gətiriblər. Onlar şəhərdə təhlükə yaradan ağacların budanmamasından, yük avtomobillərinin dayanacaq yerlərində narahatlıq yaratdıqlarından, yaşayış məhəllələrində çayxanaların, parklarda içməli suyun olmamasından şikayətləniblər.

Sualları cavablandıran İ.İsmayılov əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlarını verib.

Şərhlər bağlıdır.