Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ qaziləri: “Bizə əngəl olmayın”

Birinci qrup Qarabağ əlili Qənimət Səmədovun sözlərinə görə, şəhid yoldaşlarının xatirə bulaqlarının bəziləri  hazırda bərbad vəziyyətdıdir: “Şəhidlərin xatirəsini yaşadan bulaqlar baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu, məncə şəhid ruhlarının təhqir edilməsi kimi bir şeydir.  Onların adını yaşadan hər şeyi, o cümlədən bulaqları can-başla qorumaq  lazımdır”.

Qarabağ veteranı Elman Quliyev də bildirdi ki, hər dəfə baxımsız, suyu qurumuş bulaqların yanından keçəndə xəcalət çəkir: ”Onları susuz, təmirsiz qoymaq bizə yaraşmır. Şəhid döyüş yoldaşlarımızın valideynlərinin də bu kimi problemləri həll etmək imkanları yoxdur. Biz həmin bulaqları təqaüdümüz hesabına yenidən həyata qaytarmaq niyyətindəyik. Bütün aidiyyatı qurumlara da səslənirik: Bizə əngəl olmayın, heç kimdən də kömək istəmirik”

Şərhlər bağlıdır.