Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MTK-da “Heydər Əliyevin həyat və fəaliyyəti tükənməz xəzinədir” adlı konfrans keçirilib

Mingəçevir Turizm Kollecində  Heydər Əliyevin  vəfatının növbəti ildönümü anılıb. Dəyrimi  masa ətrafı müzakirələr, fənn birliklərində keçirilən diskussiyalar, tələbələr arasında  baş tutan inşa, əl işləri müsabiqələri, bilik yarışı və müxtəlif idman turnirləri dahi şəxsiyyətin  həyat və  siyasi fəaliyyətinin təbliği baxımından xüsusi rol oynayıb. Ən yaxşı rəsm və əl işləri, həmçinin   xüsusi divar qəzetləri nümunələri  anım günü öncəsindən etibarən kollecin foyesində və xatirə sərgisində nümayiş olunub, müsabiqə və turnirlərin qaliblərinə fəxri fərmanlar təqdim olunub, dahi liderin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxılıb.

“Heydər Əliyevin həyat və fəaliyyəti tükənməz xəzinədir” adlı elmi- nəzəri konfrans maraqlı müzakirələrə yol açıb. Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professsor Əyyub Əyyubov, pedaqoqlar  Səbirə Hüseynova və Şəms Məmmədova, tələbə Əsmər Qurbanova böyük öndərin xalq və dövlətçilik naminə ortaya qoyduğu fədakarlıq nümunələrindən danışıblar.

Konfransən sonunda tələbə özfəaliyyət qrupunun fəalları lider şəxsiyyətin  ömür yolu barədə düşüncələri poetik şəkildə və musiqi notları  ilə ifadə ediblər.

Şərhlər bağlıdır.