Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Heydər Əliyev anım günü

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı ilə birlikdə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev-əməlləri ilə əbədiləşən tarixi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.

Konfrans iştrakçıları işə başlamazda öncə şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz dərin ehtiramlarını bildirdilər.

Konfransı  açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Heydər Əliyev dühası bütöv şəxsiyyət mücəssiməsidir”; Mingəçevir Dövlət Universitetiniun rektoru, YAP şəhər təşkilatının şura üzvü Akif Hacıyev “Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin banisidir”,  Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Mingəçevir şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva “Heydər Əliyev xilaskar, qurucu, əbədiyaşar lider”, Gənclər və İdman İdarəsinin rəisi, YAP şəhər təşkilatının şura üzvü Kamal Nəcəfli “Əbədiyaşar Heydər Əliyev ideyaları müasir uğurlarımızın əsas qarantı və təminatçısıdır” mövzularında çıxışlar ediblər.

Konfransa yekun vuran Niyazi Bayramov deyib ki, ulu öndər haqqənda hər kəsin xatirələri böyükdür: “Onun müstəqil dövlətçilik, azərbaycançılıq, idarəetmə, milli birlik və həmrəylik yaradılması istiqamətində fəaliyyəti bir məktəbdir. Bu dahi şəxsiyyətin həyatının hər bir anı daima öyrənilməli,  onun zəngin dövlətçilik və idarəçilik irsi yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır”.

Şərhlər bağlıdır.