Bizimlə həyatınız həmişə işıqlı olacaq!

32 yaşlı Mingəçevir sakini dəm qazından boğuldu

32 yaşlı Nuriyə Albalıyeva hamamda çimərkən dəm qazından zəhərlənərək dünyasını dəyişib. Ailə üzvü  Mətləb Albalıyevin dediyinə görə,  axşam saatlarında teleseriala baxarkən  reklam arası Nuriyə vanna otağına keçib: “Heç 10 dəqiqə çəkmədi. Serial başlayan kimi Nazlı xanım aşağıya  düşdü ki, qızı çağırsın. Hamamın qapısını açanda  qız başı şampunlu anasının qucağına yıxıldı. Sən demə zəhərlənibmiş, xəbərimiz olmayıb”.

M.Albalıyev onu da dedi ki, həmin gün şəhərə qaz verilişi dayandırılmışdı: “Yenidən qaz gələndə çox kəskin iy yayıldı. Evdə qapı-pəncərələri  açmışdıq ki, iy çəkilsin. Hava küləkli olduğundan qazın tustu borusunu aşağı salmışdıq ki, külək qazı söndürməsin. Vallah, heç bilmirik hadisə necə oldu. Həyatımıza birinci zərbəni qaçqınlıq həyatı vurdu, ikinci zərbəni də indi aldıq. Hələ də özümüzə gələ bilmirik”.

Nuriyə Albalıyeva  təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər bağlıdır.