Mingəçevirli YAP-çılar yaralı əsgəri və valideynlərini ziyarət etdilər
27 avqust 2014-cü il tarixində YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri Mingəçevir şəhərindən hərbi xidmətə çağrılan, 8-9 avqust 2014-cü il tarixdə ermənilərin Gədəbəy istiqamətində atəşkəsi pozması zamanı yaralanan və hazırda Gəncə şəhərində hərbi hospitalda yerləşdirilən əsgər Tağıyev Orxana, onun valideynləri ilə birlikdə baş çəkmişlər.
YAP Mİngəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov və Qadınlar Şurasının sədri Nurcamal Məmmədova əsgər Tağıyev Orxanın səhhəti və şəraiti ilə yaxından tanış olaraq bildirdilər ki, hər bir azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşərək əsgər və ordumuza dəstəkdirlər. Ona görə də, hər bir Azərbaycan əsgəri, hər bir azərbaycanlı, sözü əməli ilə üst-üstə düşən, Azərbaycan dövlətinin , xalqının mənafeyini müdafiə etmək üçün sözünü heç nədən çəkinmədən deyən Ali Baş Komandanı ilə fəxr etməlidir.
YAP Mingəçevir şəhər təşkilatının nümayəndə heyəti Tağıyev Orxanın müalicə həkimi ilə də görüşərək, aparılan müalicənin gedişatı ilə maraqlanıblar. Əsgər Tağıyev Orxan və valideynləri maddi və mənəvi dəstək üçün YAP Mingəçevir şəhər təşkilatının nümayəndələrinə öz minnətdarlığını bildirərək qeyd ediblər ki, biz ölkə Prezidenti ilə fəxr edirik və Cənab İlham Əliyev kimi Ali Baş Komandanı olan Azərbaycan ordusu heç zaman düşmən qarşısında susmayacaq, Allah qoysa tez bir zamanda Ali Baş Komandan, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərlıiyi ilə torpaqlarımız düşməndən azad olacaq.
Yaqub Hüseynov
Şərhlər bağlıdır.