Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bələdiyyənin maliyyə dəstəyi ilə tikilmiş söhbətgahda məhəllə komitəsinin fəalları ilə görüş

Mingəçevir bələdiyyəsinin üzvləri “Mingəçevir kəndi” məhəllə komitəsinin fəalları ilə görüşüblər.  Görüş bələdiyyənin maliyyə dəstəyi ilə tikilmiş söhbətgahda, çay süfrəsi arxasında baş tutub. Bir müddət əvvəl Bələdiyyə kənd icmasının müraciətinə əsasən, sakinlərin istirahət yeri olan klubun qarşısında söhbətgah tikintisi üçün 726 manat dəyərində inşaat materialları alaraq məhəllə komitəsinə təhvil vermişdi.

Məhəllə komitəsinin  üzvləri kənd sakinlərinin üzləşdikləri problemlər barədə danışıblar. Kənd sakinlərindən İdris Fərruxov, İbrahim İlyasov və Səyyaf Mustafayev bələdiyyənin fəaliyyətindən razılıqlarını dilə gətirib və belə görüşlərin mütəmadi keçirilməsini təklif ediblər.

Bələdiyyə sədri Coşqun Abdullayev yerli əhəmiyyətli məsələlərin həllində onlara yardımçı olacağını bildirib.

Şərhlər bağlıdır.