Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin nümunəvi şəhərə çevrilməsi üçün davamlı işlər aparılır

Noyabrın 20-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 12 saylı məktəbin akt zalında növbəti səyyar görüşünü keçirib. Ölkədə və şəhərdə aparılan işlərdən danışan başçı bu gün Mingəçevirdə əsas iki qlobal problemin olduğunu vurğulayıb:  “Binaların istilik sisteminin bərpası və yaşıllıqların suvarılması ilə bağlı məsələlər artıq Prezident Administrasiyası və Nazirlər Kabineti, digər mərkəzi qurumlar səviyyəsində qaldırılııb. Şəhərdəki 19 qazanxanadan 2-si yenidən qurulub, DRES qəsəbəsində isə tikiləcək 2 qazanxana üçün torpaq sahəsi ayrılıb. Vəsait ayrılan kimi işlərə başlanacaq. O ki qaldı suvarma məsələsinə, köhnə su xəttinin şəhərə verilməsi istiqamətində işlər davam etdirilir. Energetiklər və sağ sahil qəsəbələrində təhvilvermə artıq yekunlaşıb, digər ərazilərdə isə yaxın zamanda başa çatdırılacaq. Bu, bizə yaşıllıqlarımızı tələb olunan səviyyədə suvarmağa imkan verəcək.”

Görüşdə ərazidəki park və məhəllələrin işıqlandırılması, binaların dam örtüyünün dəyişdirilməsi, pilləkən qəfəslərinin təmiri, zibil qablarının qoyulması, iş yerlərinin yaradılması, keçmiş Tərəvəzçilik sovxozunun ərazisində salınan yaşayış massivinə yol, işıq və qaz xətləri çəkilməsi barədə fikirlər səsləndirilib. Başçı açıqlama verib ki, Mingəçevirin nümunəvi şəhərə çevrilməsi üçün davamlı işlər aparılır və heç bir küçə və məhəllə bu prosesdən kənarda qalmayacaq. Eyni zamanda dərhal həll oluna biləcək məsələlərin həlli üçün İ.İsmayılov idarə və müəssisə rəhbərlərinə yerində göstərişlərini verib.

Şərhlər bağlıdır.