Elm və təhsilMDUXəbərlər

Bolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclası

Finlandiyanın paytaxtı Helsinki şəhərində Bolonya prosesi üzrə İşçi Qrupunun (Bologna Follow-Up Group – BFUG) növbəti iclası keçirilib.

48 Avropa ölkəsinin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov təmsil ediblər.

Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin evsahibliyi etdiyi tədbirdə Bolonya prosesinin icrası üzrə Koordinasiya Qrupunun, eləcə də Kvalifikasiya çərçivəsi, Diplomların tanınması və Keyfiyyətin təminatı üzrə müvafiq İşçi Qruplarının hesabatları dinlənilib. Sosial məsələlər üzrə, Təlim və Tədris üzrə Məsləhət Qrupları tərəfindən təqdim edilən növbəti hesabatlarda Avropa Ali Təhsil Məkanında (EHEA) ali təhsilin müvafiq istiqamətlərdə inkişaf trendləri diqqətə çatdırılıb. Qlobal Siyasət Dialoqu üzrə Koordinasiya Qrupu tərəfindən EHEA ilə dünyanın digər regionları arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat təqdim edilib.

İclasda EHEA ilə Avropa Tədqiqat Məkanı (ERA) arasında daha səmərəli işbirliyinin qurulması, EHEA-nın gələcəyi, San Marino dövlətinin EHEA-ya qoşulmaqla bağlı müraciəti, 2020-ci ildə Romada keçiriləcək Nazirlər Konfransına hazırlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. İclasda təşkilati məsələlərə də baxılıb və 2022-ci ilin 1 iyul – 31 dekabr tarixlərində Azərbaycan Respublikasının Çex Respublikası ilə birlikdə BFUG-yə həmsədrlik etməsinə dair qərar qəbul edilib.

Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində aparılan müzakirələrdə fəal iştirak edib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close