Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhərində 2019-cu ilin yanvar-sentyabr aylarında əmtəə bazarının vəziyyəti

01 oktyabr 2019-cu il vəziyyətinə şəhərdə ticarət fəaliyyəti ilə məşğul olan 47 hüquqi şəxs və seçmə müşahidəyə düşən 172 fiziki şəxs hesbata cəlb olunmuşdur.

2019-cu ilin 01 oktyabr vəziyyətinə şəhərdə 4 ədəd bazar və yarmarka fəaliyyət göstərmişdir ki, onlarda da ticarət yerlərinin sayı 1242 vahiddir.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində şəhər üzrə pərakəndə ticarət dövriyyəsi faktiki qiymətlərlə 275679,5 min manat olmuşdur ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 4,6 faiz və ya 12122,2 min manat, müqayisəli qiymətlərlə isə 2,4 faiz və ya 6461,2 min manat çox olmuşdur.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində şəhərin istehlak bazarında əhaliyə 275679,5 min manatlıq istehlak malları satılmışdır. Cəmi pərakəndə ticarət dövriyyəsinin 47,9 faizini və ya 131935,6 min manatını ərzaq malları, 52,1 faizini və ya 143743,9 min manatını isə qeyri-ərzaq malları təşkil etmişdir.

Pərakəndə ticarətin ümumi əmtəə dövriyyəsinin həcmində ərzaq mallarından; meyvələrin, tərəvəzin, kartofun, yarma və paxlalılar, süd məhsulları, ət (quş əti də daxil olmaqla), ət məhsulları və çörək-bulka məmulatları, qeyri-ərzaq mallarından isə yanacaq, paltarların və alt geyimlərinin, trikotaj məmulatlarının, elektrik məişət cihazlarının və ayaqqabıların pərakəndə satışı daha böyük xüsusi çəkiyə malikdir.

Şəhər üzrə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumi pərakəndə ticarət dövriyyəsində müvafiq olaraq ərzaq mallarının xüsusi çəkisi 47,9 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 52,1 faizdir. Ümumi əmtəə dövriyyəsinin həcmində meyvələrin (10625,7 min manat) xüsusi çəkisi 3,9 faiz, kartofun (2945,3 min manat) xüsusi çəkisi 1,1 faiz, tərəvəzin (12839,0 min manat) xüsusi çəkisi 4,7 faiz, yarma və paxlalıların (1439,5 min manat) xüsusi çəkisi 0,5 faiz, süd məhsullarının (3642,6 min manat) xüsusi çəkisi 1,3 faiz, çörək-bulka məmulatlarının (2397,3 min manat) xüsusi çəkisi 0,9 faiz, ət və ət məhsullarının (3970,8 min manat) xüsusi çəkisi 1,4 faiz, qeyri-ərzaq mallarından isə paltarın və alt geyimlərinin (2479,8 min manat) xüsusi çəkisi 0,9 faiz, yanacaq (7687,6 min manat) xüsusi çəkisi 2,8 faiz, elektrik məişət cihazlarının (3653,5 min manat) xüsusi çəkisi 1,3 faiz, trikotaj məmulatlarının (193,5 min manat) xüsusi çəkisi 0,1 faiz, ayaqqabının (410,8 min manat) xüsusi çəkisi 0,1 faiz  pərakəndə satışda daha böyük xüsusi çəkiyə malikdir.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Respublika üzrə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində Mingəçevir şəhərinin ticarət dövriyyəsinin xüsusi çəkisi 1,0 faiz təşkil etmişdir.

Hesabat dövründə şəhərin pərakəndə ticarət dövriyyəsində hüquqi şəxslərin payı 37183,0 min manat, xüsusi çəkisi 13,49 faiz, fiziki şəxslərin pay 98285,8 min manat xüsusi çəkisi isə 35,65 faiz, bazar və yarmarkaların pərakəndə ticarət dövriyyəsinin payı isə 140210,7 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 50,86 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində şəhər üzrə topdansatışın əmtəə dövriyyəsi faktiki qiymətlərlə 6874,3 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2012,2  min manat və ya 41,4 faiz çoxdur.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində topdansatışın əmtəə dövriyyəsi hüquqi şəxslər üzrə 6308,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 29,7 faiz və ya 1446,4 min manat çox olmuşdır.

01 oktyabr 2019-cu il tarixə pərakəndə ticarət şəbəkələrində mal qalığının miqdarı 8635,3 min manat, topdansatış ticarət şəbəkələrində isə mal qalığının miqdarı 2330,8 min manat olmuşdur.

 

Şərhlər bağlıdır.