Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Green Start Academy və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Xəzər Universitetində “Beynəlxalq təhsil modellərinə praktik yanaşma: təcrübənin bölüşməsi” adlı elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olunan konfrans təşkilatçıların nitqiylə öz işinə başladı. İlk öncə Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə tədbirin hər zamankı kimi müəllimlərin maariflənməsinə xidmət etdiyini bildirib: “Bugünkü konfransın əsas məqsədi dünyada təhsil sahəsində öndə gedən ölkələrin təcrübələrini təhsil işçiləri ilə paylaşmaq, bununla da  ən yaxşı təhsil metodlarını seçməklə onların təhsil səviyyəsini daha da artırmağa yardımçı olmaqdır”.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova Birliyin fəaliyyəti haqqında məlumat verərək, hər zaman gənc nəslin təlim-tərbiyəsində və inkişafında var gücləri ilə çalışdıqlarını qeyd edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Afət Süleymanova tədbiri Təhsil bayramı adlandıraraq, mövzuyla bağlı təhsil işçilərinə tövsiyələrini çatdırib və onlara işlərində uğurlar arzulayıb.

Konfransda dünya ölkələrində təhsil təcrübəsi keçmiş yerli mütəxəssislər nəzəri və praktiki biliklərini konfrans iştirakçıları ilə paylaşıblar. Azərbaycan Respublikası Təhsil İnstitutunun baş mütəxəssisi Kifayət Məmmədova “Təhsilin inkişafı: Respublikada və beynəlxalq aləmdə”, 60 nömrəli tam orta məktəb və Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi Şirin Məmmədova “Finlandiya və Azərbaycan təhsil sistemləri arasında aparılan paralellər”, Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə “Təhsil psixologiyası”, Təhsildə

 

Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru İlkin Həsənov “Dubay təcrübəsi: nə qədər uzaqdayıq?!”, Damla Nəşriyyatının direktoru Kamil Məmmədov “Müəllim olmaq” mövzusunda məruzə etdilər. 118 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Təhsildə inkişaf və innovasiyalar” 2-ci və 3-cü qrant layihələr üzrə eksperti Şəlalə Novruzovanın öz uğurunu – müəllifi olduğu 3-cü siniflər üçün “Oxuma-anlama” dərs vəsaitinin nəşr olunmasını paylaşması isə müəllimlər üçün əsl motivasiya nümunəsi olub.

Konfransın səliqəli abu-havası, təlimçilərin fikirlərini səmimi paylaşması, qarşılıqlı müzakirələr tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Bir sözlə, tədbir müəllimlər üçün əsl Təhsil bayramına çevrilib.

Sonda müəllimlərə günün xatirəsi olaraq Sertifikat təqdim olunub və xatirə şəklləri çəkdirilib.

Qeyd edək ki, tədbirdə Mingəçevir Dövlət Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev təmsil edib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close