Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin tələbələri Sənaye Parkında istehsalla tanış olublar

Mingəçevir Dövlət Universiteti, Mühəndislik fakultəsi, Mexanika kafedrasında kadr hazırlığı aparılan 050643 “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisası üzrə ÇM19.1 və ÇM19.2 nömrəli qrupların tələbələri Mingəçevir Sənaye Parkında Pambıq İplik Fabrikində ekskursiyada olmuşlar. “Mingəçevir Tekstil” MMC-nin 1 nömrəli fabrikinin istehsalat müdiri Hüseyn Həşimovun müşayəti ilə tələbələr və “Mexanika” kafedrasının əməkdaşları, kafedra müdiri, dosent Mahir İsmayılov, dosent Ofelya Məmmədova, baş müəllim Ariz Abbasov və müəllim Şəfa Əliyeva istehsal prosesi və müasir texnoloji avadanlıqlarla yaxından tanış olmuşlar.

Hüseyn Həşimov tələbələrə müəssisənin yaranması, onun gələcək perspektiv imkanları, dünya bazarında istehsal etdiyi məhsulların keyfiyyət reytinqi və istehsal prosesləri barədə geniş məlumat vermişdir. Hazırda işləyən iki fabrikin qısa ekskursiyası zamanı tələbələrə əsasən pambığın ilkin emalı və ardıcıllığa uyğun son məhsul olan pambıq sapların istehsalının əyani mexanizmi izah edilmişdir. Tələbələr bu ekskursiyadan öz ixtisaslarına aid xeyli məlumat almışlar.

Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov öz növbəsində Sənaye Parkının rəhbərliyinə və Hüseyn Həşimova yaradılan şəraitə görə universitet rəhbərliyi adından təşəkkürünü bildirib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close