Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Anti bulling haqda neyi bilmeliyik?

“Qoy özüm olum” layihəsi Education Hub-ın təşkilatçılığı ilə “İNKIŞAF ZAMANI” proqramı çərçivəsində həyata keçirilir. Təşəbbüsün əsas məqsədi son zamanlar cəmiyyətimizi narahat edən bullinq (bir şəxsin və ya şəxslərin tez-tez davranış, görünüş, mədəniyyət, irqi, sinfi, qabiliyyəti və ya kimliyi ilə fərqli olan şəxsləri qəsdən incitmək qorxutmaq və ya utandırmaqdır) məsələlərinə toxunmaqdır.

Bullinq əsasən 4 formada özünü büruzə verir: fiziki, şifahi, psixoloji və kiberhücum.  Fiziki bullinq fiziki cəhətdən birinə zərər vermək və ya qorxutmaq deməkdir.  Şifahi bullinq davamlı olaraq  təhqir və  lağ etmə ilə müşahidə olunur. Psixoloji bullinq zamanı şəxs haqqında müxtəlif pis rəylər yaradılır və ya həmin şəxsin toplumdan təcrid olunmasına cəd göstərilir. Onlayn və mobil texnolgiyalar vasitəsilə sosial və emossional təzyiqə məruz qalanlar Kiber bullinq kateqoriyasına aid olunur

Gənclərdən ibarət layihə qrupu Yarat! Contemporary Art Space-də əsasən fiziki, şifahi və psixoloji bullinq növlərini əks etdirən sərgi və videoçarx nümayiş etdiriblər. Nümayişdən sonra layihə qrupu bullinqə qarşı mübarizə vasitələri ilə bağlı auditoriya ilə maraqlı müzakirələr aparıb.

Şərhlər bağlıdır.