Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə sərnişin avtobusu ilə “Kamaz” markalı maşın toqquşub

202

Bu gün səhər  9 radələlərində Mingəçevirdə  8 sayli şəhərarası marşrutla işləyən avtobus  “Kamaz-6511” markalı yük maşını ilə  toqquşub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Avtovağzal istiqamətindən Yüksək Texnologiyalar Parkı səmtinə hərəkət edən  Şükür Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi  “32 BC 969” dövlət qeydiyyat nişanlı  sərnişin avtobusu qovşaqdan əsas yola çıxan Əfqan Siracəddin oğlu Qaçayevin idarə etdiyi 45 BD 212 dövlət qeydiyyat nişanlı  “Kamaz” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində sərnişinlə dolu olan avtobusun sərnişinləri arasında ciddi xəsarət alanlar olub. Onlardan 5 nəfəri dərhal  Mingəçevir Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aldığımız məlumata görə, xəsarət alan şəxslərin durumu qənaətbəxşdir. Faktla bağlı Mingəçevir ŞPŞ-da araşdırma aparılır.

Şərhlər bağlıdır.