“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində təlimlərə start verilib
Mayın 3-də Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi və hüquqi maarifləndirmə, region gəncləri arasında sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərancamı ölkədə kiçik sahibkarlığın inkişafına təkan verəcək. Buna uyğun olaraq ölkəmizin gələcəyi olan gənclərin sahibkarlıq fəaliyyətinə və onların uğurlu karyera qurmalarına yardımçı olmaq üçün maarifləndirmə işlərini gücləndirmək məqsədi ilə Mingəçevir Gənclər Evində “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinin keçirilməsi zəruri hesab edilib və layihənin ilk təlimlərinə start verilib. 2 hissədən ibarət olan təlimdən ümumilikdə 50 nəfər gənc yararlanacaq. İlk hissədə iştirakçılar Mingəçevir Dövlət Universtietinin İqtisadiyyat fakultəsinin 25 tələbəsindən ibarət olub. Bu təlimin keçirilməsi region gənclərinin məşğulluğunun artırılmasına, region gənclərinin “Sahibkarlıq Məktəbi” vasitəsilə digər regionlarda da bu işi davam etdirməsinə yardımçı olacaq.
Təlimçi Kamal Əhmədov təlimin məqsədi, biznes ideyası, marketinq və satışın müəyyən edilməsi, alış və tədarük planı və investisiya həcminin müəyyən edilməsi, biznesin müxtəlif xərcləri haqqında iştirakçılara ətraflı məlumat verib, bu istiqamətdə maarifləndirmə işlərinin növbəti təlimlərdə də davam etdiriləcəyini bildirib.
Tural Kərimov,
“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri
Şərhlər bağlıdır.