Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Başçı veteranlara baş çəkdi

Alman faşizmi üzərində tarixi qələbə xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. O vaxtdan  72 il  keçməsinə baxmayaraq,   qələbə sevinci müharibə  veteranlarını tərk etmir. Zaman veteranların sıralarına “əl gəzdirsə” də,  vətənin bir çağırışı ilə onların yenidən silaha sarılmaq əzmini qıra bilməyib. 97 yaşlı Milan Yusifov və  Baba Əliyev, 94 yaşlı Nadejda Orucova və Seyidağa Ağayev,  92 yaşlı Əmrah Rzayev  onları yad edən hökumət və bələdiyyə rəhbərlərinə  minnətdarlıqlarını bildiriblər. İcra Hakimiyyəti başçısı Niyazi Bayramov onların səhhəti ilə maraqlanıb,  bayram münasibəti ilə hər birinə pul mükafatı təqdim edib.

Şəhər bələdiyyəsinin adından isə veteranlara ərzaq bağlamaları təqdim olunub.

Şərhlər bağlıdır.