Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə ötən il tikilən bələdiyyə bazarı niyə istifadəsiz qalıb?

Ötən ilin noyabr ayının 21-də Mingəçevir Bələdiyyəsi Energetiklər qəsəbəsinin 25 minlik əhalisi üçün bazar tikib, istifadəyə verdi. Adı da Bələdiyyə bazarı adlandırıldı. Bazar bələdiyyə büdcəsinə ayrılan 171 min manat subvensiya hesabına tikilib. Bu gün ümumi ərazisi 280 kv.m olan bazar istifadəsiz qalıb. Qəsəbə sakinləri bildirir ki, bazar qəsəbədə tikiləndə çox sevindik. Təəssüflər olsun bazarın su kanalizasiya xəttinin razılığı alınsa da, çəkilmədi. İnd bu bazar qəsəbə sakinlərinin göz dağına çevrilib.

Qəsəbə sakini Elxan Rəşidov deyir ki, qəsəbəmizdə bu gün müasir tədris mərkəzlərinə, idman kompleksinə ehtiyac duyulur: “Uşaqlarımız bu ehtiyaclarını ödəmək üçün qəsəbədən şəhərə üz tuturlar. Bir də ki, tikdikləri bu bazarın su-kanalizasiya xəttinin çəkilişinə razılıq alınsada çəkilmədi. Biz sakinlər qəsəbəmizdə səyyar bazarlardan istifadə edirik. Bu gün dünya praktikasında bazar tikmək anlayışı yoxdur. Belə ki, artıq böyük supermarketlər bu tələbatı ödəyir. Bizim qəsəbədə də həm böyük supermarketlər, meyvə mağazaları var. Onu da qeyd edim ki, bu bazar sakinlərə əl çatan yerdə inşa edilməyib. Bu bazar bizə göz dağıdır”.
Digər qəsəbə sakinləri də bildirdi ki, yaxşı olardı ki, qəsəbəmizdə bizə bu gün ehtiyac duyulan müəssisə tikilərdi.

Şərhlər bağlıdır.