Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yaşıl Nöqtə” layihəsinin təlimlərinə start verilib.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində keçirilən təlimdə layihə rəhbəri Ruziyyə Mustafabəyli iştirakçılara layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Sağlam ətraf mühit ideyasının təbliğ olunması, yeniyetmə və gənclərin ekoloji maarifləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşən layihə rəhbəri yeniyetmə və gənclərin ətraf mühitin mühafizəsində iştirakının artırılması, fasiləsiz ekoloji təhsilin təmin olunmasının əsas məqsədləri olduğunu qeyd edib.
Təlimin ilk günü iştirakçılar ekologiya nədir?, ekologiyanın bir elm kimi yaranma və inkişaf tarixi ilə bağlı məlumat əldə ediblər. İnsan və təbiətin qarşılıqlı əlaqəsi prosesində insanın rolundan danışan təlimçi fərqində olmadan təbiətə vurduğumuz ziyanlarla bağlı iştirakçıların fikirlərini öyrənib. Daha sonra komandalara bölünən iştirakçılar ölkəmizdə mövcud olan ekoloji problemləri araşdırıb və həll yollarından ibarət plan hazırlayıblar. Təqdimat edən qruplar müzakirələrdə iştirak edib, verilən sualları cavablandırıblar.

Şərhlər bağlıdır.