Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş növbətil virtual elmi konfrans keçirilib

2020-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “İqtisadiyyat və idarəetmə” fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib.

“Elm Günü”nə həsr edilmiş Konfransın açılışında çıxış edən MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov universitetin rektoru Şahin Bayramovun tədbir iştirakçılarına salamlarını çatdırıb və Konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib. V.Əyyubov Konfransın əsas məqsədinin tələbələrin elmi fəaliyyətinin gücləndirilməsindən ibarət olduğunu qeyd edib və məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayıb.

Karantin şəraiti olmasına baxmayaraq tələbələr arasında Konfransa böyük maraq olduğunu diqqətə çatdıran İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli Konfransın proqramı və dinləniləcək məruzələr haqqında məlumat verib.

Sonra Konfransda məruzələr dinlənilib. Fakultənin tələbələrindən Xəyal Xəlilov “Strateji qərarların qəbul edilməsində oyunlar nəzəriyyəsinin tətbiqi” mövzusunda (Elmi rəhbər: dosent Cəmilə Musayeva), Nurlan Yusibov “İqtisadiyyatın inkişafında sənaye parkları və məhəllələrinin rolu” mövzusunda (Elmi rəhbər: baş müəllim Təranə Səfərova), Gülnaz Qarayeva “İnsan amili Azərbaycan dövlətinin sosial siaysətinin strateji hədəfi kimi” mövzusunda (Elmi rəhbər: baş müəllim Arif Tağıyev), Çingiz Çingizzadə “Büdcə kəsirinin yaranması və onun aradan qaldırılması imkanları” mövzusunda (Elmi rəhbər: baş müəllim Günəş Şəfaqətov), Aypara Abbasova “İcbari tibbi-sığorta dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda (Elmi rəhbər: müəllim Aynur Namazova) və Zamiq İsgəndərov “İnnovasiya fəaliyyəti sahəsində dövlət siyasəti” mövzusunda (Elmi rəhbər: müəllim Saqib Məmmədov) məruzələrlə çıxış ediblər.

Virtual Konfrans iştirakçıları tərəfindən maraqla qarşılan məruzələr ətrafında müzakirələr aparılıb.

Daha çox

Oxşar yazılar

Close