Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti “Həkimlərimizə məktub yazaq” təşəbbüsünə start verir

Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasına qarşı hamılıqla mübarizə apardığımız mövcud şəraitdə ölkəmizin həkimləri və bütün tibb işçiləri xüsusi fədakarlıq göstərirlər. Məhz həkimlərimizin gecə və gündüz çalışması sayəsində infeksiyaya yoluxmuş onlarla vətəndaşamız sağalaraq öz doğmalarına qovuşmuşdur. Virusla mübarizədə öz sağlamlıqlarını təhlükə altına qoyan həkimlərimiz günlərlə doğmalarını görə bilmirlər. Bizləri evdə qalaraq sağlam qalmağa çağıran həkimlərimiz özləri daim iş başındadırlar.

Hər bir Azərbaycan vətəndaşı kimi, Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları və tələbələri də həkimlərimizlə qürur duyur, fədakər əməklərinə görə onlara dərin minnətdarlıq hissi keçirir.

Qeyd olunanları və MDU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsünü nəzərə alaraq, MDU “Həkimlərimizə məktub yazaq” təşəbbüsünə start verir.

Təşəbbüsə qoşulmaq şərti belədir:

Həkimlərimizə ünvanlanan və əlyazısı ilə yazılan məktubun şəklini öz Facebook səhifənizdə #həkimlərimizəməktubyazaq həştəqi ilə paylaşmaq;

Paylaşımda “Mingəçevir Dövlət Universiteti” və “MDU TGT” Facebook səhifələrini qeyd etmək.

MDU-nun bütün tələbələrini və əməkdaşlarını, eləcə də maraqlanan istənilən şəxsi MDU-nun “Həkimlərimizəməktubyazaq” təşəbbüsünə qoşulmağa dəvət edirik.

Həkimlərimizə Məktub yazaq! Həkimlərimizin yanında olduğumuzu bildirək!

#həkimlərimizəməktubyazaq #həkimlərimizinyanındayıq

#bizbirlikdəgüclüyük #evdəqal

#covid19 #virusameydanoxuyaq

#MDU #MingəçevirDövlətUniversiteti

Daha çox

Oxşar yazılar

Close