Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Xocalı faciəsinin anım günü nə ilə yadda qaldı?

Xocalı faciəsinin 29-cu ildönümü Mingəçevirdə soyqırım abidəsinin ziyarəti ilə başlanıb. Dövlət qurumları və ictimaiyyət nümayəndələri pandemiya səbəbindən kiçik tərkiblə Şəhidlər Xiyabanına gəliblər. Torpaqlarımızın azadlığı uğrunda həyatını dəyişənlərin ruhlarına dua verilib. Bundan sonra iştirakçılar Soyqırım abidəsi önünə tər gülllər düzərək, faciə qurbanlarımızın xatirəsini yad ediblər.

Ardınca dövlət və ictimaiyyət nümayəndələri Mingəçevir Şəhər İcra Hakimiyyətinin YAP şəhər təşkilatı ilə birgə zoom üzərindən təşkl etdiyi konfransa qoşulublar. İH başçısı İlham İsmayılov ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, H.Əliyev Fondunun prezidenti Mehriban xanımın və vitse prezidenti Leyla Əliyevanın səyləri bahasına illərdir ki, müxtəlif dünya ölkələrində Xocalı həqiqətlərinin tanıdılması kampaniyası uğurla davam etdirilir. Başçı bildirib ki, Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun ikinci Qarabağ müharibəsində qələbəsi məcburi köçkünlərimizin, o cümləddən xocalıların öz dədə-baba torpaqlarına qayıtmasına  zəmin yaradıb.

Konfransda Mingəçevir Dövlət Universitetinin müəllimi, əslən Xocalıdan olan Tahirə Quliyeva, YAP ŞT-nın sədri Cavanşir Yusubov, Gənclər Evinin əməkdaşı Aytac Abdullayeva, birinci Qarabağ müharibəsi veteranı Nizami Təhməzov fikirlərini bölüşüblər. Bildirilib ki, 1992-ci ildə Xocalıda əsir götürülüən 150 yerli sakindən hələ də xəbər yoxdur, onların axtarışları həm də gənclər təşkilatlarının xəttilə internet üzərindən aparılır. Xüsusən qeyd olunub ki, məcburi köçkünlər işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdış ərəfəsindədirlər və onlar belə anım mərasimlərini tezliklə doğma torpaqlarında keçirəcəklərinə əmindirlər.

Şərhlər bağlıdır.