Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdəki 4 saylı məktəb 32 nəfər bitirir

İyunun 14-də Mingəçevirin 4 saylı məktəbində məzunlar məktəblə vidalaşıblar. Mahnı sədaları altında addımlayan məzunlar şeir, mahnı oxumaq, rəqs etməklə son zəng tədbirinə rəngarənglik qatıblar.

Məktəbin direktoru Azər Qazıyev təhsil müəssisəsinin ilbəil artan uğurlarından söhbət açıb. O, deyib ki, burdakı müəllimlərin əməyi hədər getməyib, çünki ötən tədris ilində məktəbi bitirən məzunlar hazırda ən yüksək reytinqli ali təhsil ocaqlarında təhsil alırlar.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gənclərə təbriklərini çatdırıb, onların sədalarının daim yüksəklikdən gəlməsini arzu edib. Başçı müxtəlif yarışlarda göstərdikləri məharətə və əldə etdikləri qalibiyyətə görə şagirdlərdən Maral Hacızadə, Flora Həsənov, Züleyxa Süleymanova, Afina Rəhimova və Nicat Rəhimovu  hədiyyələrlə mükafatlandırıb.

Bu il Mingəçevirdəki 4 saylı məktəb 32 nəfər  bitirir

Şərhlər bağlıdır.