Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“AzNar” QSC İsmayıllıda təbii fəlakətdən ziyan çəkən ailələrə maddi yardımlar göstərir

İsmayıllı rayonunda güclü selin yaratdığı təbii fəlakətin nəticələri aradan qaldırılır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, sel suları rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verlişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində kəndlərə qaz verilişi dayanıb. Hazırda həmin kəndlərin elektrik enerjisi və təbii qazla təminatı üçün tədbirlər davam etdirilir. Qarakolluq kəndində 4,  Kürdmaşı kəndində 3 körpü və kəndarası yollar dağılıb. Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi zərər dəyib, sel suları nəticəsində mal-qara tələfatı var. İlkin hesablamalar görə rayonda ümumilikdə 500 hektar taxıl sahəsi, 50 hektar sahədə tərəvəz və bostan məhsulları, 30-a yaxın iri və xırda buynuzlu heyvan, 30-dan çox arı ailəsi, 2000-dən çox ev quşları tələf olub.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir. Təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür, sakinlərlə yerlərdə görüşlər keçirilir. Sel sularından ziyan çəkən vətəndaşlara dövlət qurumları ilə yanaşı iş adamları da şəxsi vəsaitləri hesabına maddi yardımlar göstərirlər. Rusiyada yaşayan azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov şəxsi təşəbbüsü ilə güclü sel səbəbindən ziyan çəkən evlərin təmir edilməsi, mal-qarası tələf olan sakinlərə maddi yardımın göstərilməsi üçün xeyriyyə tədbiri həyata keçirir.

Bununla bağlı şirkətin baş direktoru Fərəc Əhmədov iyunun 13-də İsmayıllının kəndlərində sel sularından ziyan çəkən insanlarla görüşüb, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün onlara maddi yardımların olunacağını bildirib. Hazırda kəndlərdə sakinlərin müraciətlərinə baxılır, onlara dəyən ziyanın məğləği hesablanır.

Şahnəzər Bəşirov

Şərhlər bağlıdır.