Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə zəncirvari qəzada təcili tibbi yardım maşını əzilib, yaralılar var

Mingəçevirdə zəncirvari yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə M.Maqomayev və Füzuli küçələrinin kəsişdiyi işıqforda qeydə alınıb.

“Hyundai” markalı minik maşını əvvəlcə “Mercedes” markalı minik maşına, o da öz növbəsində “Mercedes Vito” markalı təcili tibbi yardım maşınına çırpılıb. Qəza nəticəsində 5 nəfər – 2011-ci il təvəllüdlü Hüseyn Məmmədzadə, 2008-ci il təvəllüdlü Orxan Məmmədov, 2005-ci il təvəllüdlü Fərid Cavadzadə və təcili tibbi yardım xidmətinin əməkdaşları, 1957-ci il təvəllüdlü Vəli Ağaməmmədov və Rafiq Abdullayev müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BakuBus qəza törətdi yaralılar var – Anbaan VİDEO Bakı-Mingəçevir marşrutu üzrə işləyən sərnişin avtobusu yanıb Xəzərdəki partlayışın hadisə yerindən görüntüləri – VİDEO

 

Şərhlər bağlıdır.