Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecində Milli Dirçəliş günü

204

Bir müddət əvvəl MTK-da Milli Dirçəliş Gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq rəngarəng müsabiqələrə  və  silsilə toplantılara start verilmişdir. Kollecin tələbələri fəal şəkildə bu tarixi günə həsr olunmuş inşa yazılar və  şeir müsabiqələrinə qoşulmuşdular. İstedadlı  tələbələrin əl işləri və qrupların hazırladıqları  divar qəzetləri stendlərdə nümayiş olunurdu. Müxtəlif qrupları təmsil edən tələbələr arasında diskussiyalar və  futbol yarışı təşkil edilmişdir.

Noyabrın 17- də  isə  silsilə tədbirlərin yekunu olaraq kollecin H. Əliyev  ideoloji kabinetində “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” mövzusunda elmi-nəzəri  konfrans keçirildi. Tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycanının müstəqillik yolunda keşməkeşli mübarizə tarixi haqqında məlumat verdi. Azərbaycanda bu hadisələrin milli azadlıq hərəkatı kimi qiymətləndirildiyini və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayıldığını bildirdi. Həmçinin 17 noyabr Milli Dirçəliş Gününün həm də  ümumilli  birliyimizin rəmzi kimi yaddaşlarımızda  xüsusi yer tutduğunu qeyd etdi.

Konfransda kollecin müəllimləri  Xəyalə Abbasova, İbrahim Əyyubov, Aygün Əzizova, Əşrəf Əsgərov, Elmira Rəhimova və Nurlana Mustafayeva “Azərbaycanda  milli azadlıq hərəkatı”, “17 noyabr milli dirçəliş və milli oyanış günümüzdür”, “17 Noyabr Milli Dirçəliş Günü- xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindəndir”, “İmperiya buxovundan qurtaran müstəqil Azərbaycan uğurlu inkişaf yolundadır”, “17 Noyabr  bizim milli oyanıqlığımızın ilk təzahürüdür” və “Həqiqi liderlə xalqın birliyi “ mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər.

Toplantının bədii hissəsində isə  özfəaliyyət qrupu üzvlərinin  ifasında maraqlı ədəbi bədii  kompozisiya  iştirakçılara təqdim olundu.

Şərhlər bağlıdır.