Cəmiyyət

İsrail dövlətinin səfiri şəhərimizin qonağıdır

“Oteldən bura gələnə kimi küçələrin təmizliyi, şəhərin sakitliyi bizi valeh etdi”

Noyabrın 16-da İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Mingəçevir şəhərinə səfər edib. Şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramov qonağa Mingəçevir barədə ətraflı məlumat verib, xüsusən şəhərdə Komputer və “Akkord” sənaye müəssisələrinin yenidən bərpa olunduğundan,  Mingəçevir Dövlət Universtieti, Turizm və Tibb kolleclərinin fəaliyyətindən, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən söhbət açıb: “Cənab prezidentimiz İlham Əliyevin  şəhərimizə səfəri zamanı sənaye parkının təməli qoyuldu. Bu da işsizliyin qarşısının alınması üçün mühüm addımlardan  biridir. Mingəçevir günbəgün gözəlləşməyə doğru addımlayır. İstər xarici,  istər yerli turistlər üçün bizdə hər bir şərait var”- N.Bayramov belə deyib və əlavə edib ki, Mingəçevir qədim şəhər olmaqla yanaşı eyni zamanda gənclər şəhəridir: “Bizim gənclərimiz çox fəaldırlar”.

Dan Stav bildirib ki, dünən şəhərə gecə gəlsə də, bu gün  səhərdən müəyyən müşahidələr edə bilib: “Oteldən bura  gələnə kimi küçələrin təmizliyi, şəhərin sakitliyi bizi valeh etdi. Bu qısa zaman kəsiyində belə gözəlliklərin şahidi olduq. Ona görə də söhbət açdığınız bu gözəlliyi öz gözlərimizlə görmək istərdik”.

Bundan sonra İsrail səfiri onu müşaiyət edən nümayəndə heyəti ilə Heydər Əliyev Mərkəzi, Mingəçevir Gənclər Evi, Tarix Muzeyi, Azərbaycan İstilik Elektrik Stansiyası,  Mingəçevir SES silsiləsi, “Kür” Olimpiya Tədris İdman Mərkəzinə baş çəkib, Sahil parkı və Bayraq Meydanı ilə tanış olub, xatirə şəkilləri çəkdirib.

Daha çox

Oxşar yazılar

Close