Topxana harayından başlayan Dirçəliş günü Mingəçevirdə qeyd olunub
YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə Milli Dirçəliş günü ilə bağlı yığıncaq keçirib. Təşkilatın sədri Cavanşir Yusubov xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığından danışıb, o dövrdə ermənilərin Topxanada törətdikləri vəhşilik və Ağdamda iki azərbaycanlının qətlə yetirilməsindən sonra xalqımızda milli hisslərin alovlanlandığını bildirib: “XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdir. 1988-ci ildən başlayaraq, Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişdi və müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi”.
Daha sonra mövzu ərtafında YAP fəallarından 17 saylı orta məktəbin tarix müəllimi Ramiz Kərimov, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev geniş nitqlə fikirlərini bölüşüblər.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov diqqətə çatdırıb ki, ümummilli liderimiz 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirib: “Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın tarixində böyük inkişaf dövrü başladı ki, hazırda ölkə başçısı İlham Əliyevin yüksək səyi və çoxşaxəli siyasəti ilə bu inkişaf dövlətimizin hər bir sahəsində öz müsbət nəticəsini göstərməkdədir”.
YAP Mingəçevir təşkilatı
Şərhlər bağlıdır.