Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir məktəblisi Atilla Muradlı yenə ölkə birincisiləri arasındadır

Riyaziyyat və informatika fənnləri  üzrə 4 mərhələli müsabiqə 7 həftə davam edib.Yarışmada ölkənin   ümumtəhsil məktəblərinin 7, 8, 9 və 10-cu siniflərində təhsil alan 7 minə yaxın şagird iştirak iştirak edib. Mars  Academy-nin Təhsil Nazirliyi ilə birgə gerçəkləşdirdiyi yarışın əsas hədəfi riyaziyyat – informatika və məntiqi təfəkkürə sahib istedadlı şagirdlərin üzə çıxarılması və gələcək inkişaf istiqamətlərinin elmi cəhətdən stimullaşdırılması olub.

Müsabiqədə uğurlu iştirakı ilə yadda qalan şagirdlərdən biri də 20 saylı Mingəçevir şəhər orta məktəbinin 8-ci sinif şagirdi Atilla Muradlıdır. Onun adı müsabiqənin ilk üç mərhələsində liderlər siyahısında yer alıb. Sonuncu  mərhələdə isə o, “Kəlbəcər rayonunun İstisu qəsəbəsinin  müasir qabaqcıl texnologiyalar əsasında yenidən qurulması –istilik və enerji sisteminin bərpa  edilməsi” layihəsini təqdim edib və qalib olub. Bunu  təşkilatçılar canlı yayımda təntənəli şəkildə rəsmən elan ediblər. O da vurğulanıb ki, hər yaş üzrə qaliblər qiymətli hədiyyələr qazanmaqla yanaşı həm də müsabiqənin beynəlxalq mərhələində iştirak hüququ qazanıblar.

Bundan bir neçə il öncə Atilla Muradlı Fövqaladə Hallar Nazirliyi tərəfindən keçirilən texniki modelçilik müsabiqəində də qalib gələrək ölkə birincisi olmuşdu.

Şərhlər bağlıdır.