Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Qida təhlükəsizliyi və qida mədəniyyəti ” adlı kitabın təqdimatı keçirilib

Ərzaq təminatında qida təhlükəsizliyi vacib şərtlərdən biridir. Təhlükəsiz qidanı seçmək isə həmişə asan olmur. Belə ki, istehsalçıların məhsulun üzərində “Təbiidir” yazması çox vaxt həqiqətə uyğun gəlmir. Görəsən düzgün, normal qidalanmaq üçün nə etməliyik? Sağlamlığımıza zərər vuran məhsulları istehlak səbətimizdən necə kənarlaşdırmalıyıq?
Təhlükəsiz qidalanma ilə bağlı bu və digər sualların cavabı yeni nəşr olunan “Qida təhlükəsizliyi və qida mədəniyyəti ” adlı kitabda verilib. Eko-Tes” Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr etdiyi kitabın bu gün Mingəçevirdə təqdimat mərasimi olub.
Təqdimat mərasimində birliyin sədri Cingiz Nəzərov, xalq artisti Zülfüqar Abbasov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, 13 saylı məktəbin direktoru Tünzalə Seyidova və başqaları çıxış edərək bildiriblər ki, kitabda qida təhlükəsizliyi, qida mədəniyyəti barədə istehlakçıların bilməli olduqları çoxlu və maraqlı informasiyalar toplanıb. “Məqsəd bu sahədə əhalinin, o cümlədən məktəblilərin bilgilərini artırmaqdan ibarətdir”- Mingəçevir bələdiyyəsinin üzvü Zahid Qasımlı belə deyib.
Digər natiqlər də kitabın əhəmiyyətindən danışlb, onun məktəblərdə müzakirəsinin keçirilməsinə vacibliyinə diqqəti yönəldiblər.

Şərhlər bağlıdır.