Son xəbərlər
Toy karvanıyla gedən ata-bala qəzaya düşdü
İlkin ehtimala gərə, “KİA” markalı avtomobil işıqforun tələbini pozaraq, “BMW” markalı avtomobilin qarşısına çıxıb

Hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb. İlkin ehtimala görə, toy karvanında olan “KİA” markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq, yoluna davam edib və hərəkətdə olan “BMW” markalı avtomobilin qarşısına çıxıb. Onların toqquşması nəticəsində iki nəfərin-1976-cı il təvəllüdlü Rövşən Soltanov və oğlu, 2002-ci il təvəllüdlü Məhəmmədəli Soltanovun yüngül xəsarət aldığı bildirilir. Mingəçevir Xəstəxanasından verilən məlumata görə onların vəziyyəti normaldır.
Faktla bağlı araşdırmalar aparılır.