Yeni xəbərlər
Güclü külək Mingəçevirdə fəsadlar törədib
Heydər Əliyev prospekti və Aydın Məmmədov küçələrində iri gövdəli ağaclar aşıb

Şəhərin Heydər Əliyev prospekti və Aydın Məmmədov küçələrində iri gövdəli ağacları və budaqlarını külək aşırıb. Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı avtomobil yoluna aşıb. Nəticədə prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Aidiyyəti qurumlar küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görür.